Dünən şəhid olan hərbçilərimizin

Xəbər verdiyimiz kimi, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Metbuat.az xəbər verir ki, Əlibəyli Şəhriyar Ramiz oğlu 1994-cü ildə anadan olub. Əslən Qəbələ rayonunun Vəndam qəsəbəsindəndir. Şəhriyar 2020-ci ildə İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Ailənin təк uşağı olan zabit, subay idi.

Hüseynov Eşqin Cəmil oğlu 2001-ci ildə Tovuz rayonunda anadan olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. O, subay olub, ailədə bir qardaş və bir bacısı var.


Bir 1 nəfər, hərbi forma və açıq hava şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR