Azərbaycanda dərsə gecikən uşağa müəllim döşəmə sildirib? -

Azərbaycanda məktəbdə şagird dərsə gecikdiyi üçün ona cəza olaraq döşəmə sildirildiyi iddia edilir.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. İddia edilir ki, hadisə Mehdiabad qəsəbəsi, 4 saylı orta məktəbdə baş verib.

Belə ki, şagirdin bacısı bir neçə gün əvvəl qardaşının dərsə gecikdiyini və bu səbəbdən müəllimin ona cəza verdiyini qeyd edib:

"Cəza olaraq ona məktəbin dəhlizini sildirib, hələ bu azmış kimi hadisənin videosunu çəkib. Daha sonra da bildirib ki, bu hal təkrarlanarsa, növbəti dəfə ayaq yolunu sildirəcək".

Şagirdin bacısı həmin müəllimlə əlaqə saxlayıb və hadisənin təfərrüatı barədə məlumat alıb. Müəllim isə bunun daxili prosedur qaydası olduğunu və direktor tərəfindən təyin edildiyini bildirib.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərmişik.

Əlavə məlumat veriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR