İtaliyanın “Roma” klubu “Fənərbaxça”nın ulduz futbolçusu Migel Kresponu transfer etmək istəyir.
Metbuat.az İtaliya mediasına istinadən xəbər verir ki, “Roma” bir müddətdir ki, Kresponu izləyir. Xəbərdə qeyd olunub ki, “Roma”nın skautları yarımmüdafiəçinin son vaxtlar göstərdiyi uğurlu performansdan məmnun qalıb. “Roma”nın baş məşqçisi Joze Mourinyo da futbolçunun oyununu bəyənib. 26 yaşlı futbolçu ilə İtaliyadan "Napoli" və "İnter" kimi komandaların da maraqlandığı qeyd olunub.
Qeyd edək ki, Kresponun "Fənərbaxça" ilə müqaviləsi 2024-cü ildə başa çatır.