Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Birinci Fəxri Xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

Metbuat.az xəbər verir ki, mərasimdə ölkənin mədəni-ictimai xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur.

Rüstəm İbrahimbəyov ötən ilin bu günü Moskvada vəfat edib.