Fransanın mərkəzində "həyəcan" -

Fransanın Kahor şəhərində “Orion23” təlimi çərçivəsində hərbçilər yaşayış məskənlərində məşqlər ediblər.

Metbuat.az xəbər verir ki, bir neçə gün əvvəl əvvəl başlayan və NATO ölkələrinin də iştirak etdiyi məşqlərin son mərhələsi Fransanın Kahor şəhərində keçirilib. Təlimlər zamanı hərbçilər boş güllə, səs və tüstü bombalarından istifadə ediblər. Təlimlər səbəbilə şəhərdə məhdudiyyət tətbiq edilməyib. Təlimin ssenarisi ələ keçirilən şəhərin azad edilməsi olub. Təlimlər zamanı döyüş mənzərəsi canlandırılıb. Sakinlər isə normal həyatına davam ediblər. Bu NATO-nun son illərdə şəhərdə keçirdiyi ən böyük təlim olub. Təlimə min əsgər cəlb edilib.

Ümumilikdə isə Fransa, ABŞ, İtaliya, İspaniya, Belçika və Böyük Britaniyanın iştirak etdiyi təlimlərə 7 min əsgər cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR