Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərinin H. Əliyev prospektində qeydə alınıb.
Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə "BMW" markalı minik avtomobilini avtoyumadan götürüb. O, avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədib və nəticədə zəncirvari qəzaya səbəb olub. Qəza zamanı 4 avtomobil toqquşub.
Qəza nəticəsində sürücülərdən biri, Biləsuvar rayon sakini, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev xəsarət alıb. Yaralı rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.