Tvitterin gizli məlumatları internetə sızdırıldı

Tvitterin onlayn işləməsini təmin edən bəzi kodlar internetə sızdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Röyters məlumat yayıb. Bildirilir ki, şirkətin Kaliforniya ştatında yerli məhkəməyə təqdim etdiyi sənədlərdə kodlardan bəzilərinin “Github”da dərc edildiyi bildirilib. Məlumata görə, “Github” Microsofta məxsus kod və proqram təminatlarının paylaşıldığı platformadır. Məhkəməyə təqdim edilən sənədlərə görə, İlon Maska məxsus tvitterin kodunu sızdıran şəxsin məlumatlarının açıqlanması tələb edilir.

Sənədlərdə kodu sızdıran şəxsin ləqəbinin “İfadə azadlığını sevən” mənasını verən “FreeSpeechEnthusiast” olduğu bildirilib. Qeyd edək ki, “Github” tvitterin tələbi ilə kodu platformadan çıxardığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR