İlon Mask "Starlink Azerbaijan"ın rəhbərinə yeni vəzifə verdi

ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Cənubi Koreyada yeni şirkət təsis edib.

Metbuat.az-ın məlumatına görə, “Starlink Korea” şirkəti martın 8-də qeydiyyatdan keçib.

Yeni kommersiya qurumuna “SpaceX”ın biznes əməliyyatları üzrə baş direktoru Lauren Ashley Dreyer rəhbərlik edəcək. O, həm də ötən il Azərbaycanda yaradılmış "Starlink Azerbaijan"ın qanuni təmsilçisidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR