Xəbər verdiyimiz kimi deputat Fazil Mustafa yaşadığı evinin qarşısında silahlı hücuma məruz qalıb.

Metbuat.az xəbər verir ki, Fazil Mustafanın yaxınlarından biri Musavat.com-a açıqlamasında deputata Zabrat qəsəbəsində yerləşən evinin qarşısında maşınını saxlayıb düşərkən avtomat silahdan çoxsaylı atəş açıldığını bildirib.

Naməlum şəxs ona avtomat silahdan atəş açıb, deputat ayağından və çiynindən yaralanıb.

Musavat.com-un əməkdaşı hazırda hadisə baş verən yerdədir.

Onun Fazil Mustafanın evinin yaxınlığında çəkdiyi videonu təqdim edirik: