London dünyanın əsas maliyyə mərkəzi kimi yeganə liderliyini itirdi - "Financial Times"

Tarixdə ilk dəfə olaraq Britaniyanın paytaxtı dünyanın əsas maliyyə mərkəzi kimi liderliyini itirib.

Metbuat.az xəbər verir ki, bu barədə London şəhərinin hesabatına istinadən "Financial Times" qəzeti yazıb. Məlumatda qeyd olunur ki, London və Nyu-York rəqabət qabiliyyətliliyə görə 60 bal toplayaraq birinci yeri bölüşürlər. Eyni zamanda, Londonun indeksi ötən illə müqayisədə bir bənd, Nyu-York isə iki bənd artıb. Üçüncü yeri 51 xalla Sinqapur tutub.

Qeyd edək ki, London innovasiya, maliyyə miqyası, davamlılıq, biznes infrastrukturu, bacarıqlı maliyyəçilərin cəlb edilməsi və tənzimləmə sahələrində yaxşı performans göstərməyə davam edir. Öz növbəsində, Nyu-York isə texnologiya sərmayəsi, sövdələşmələr və davamlı maliyyə alətlərinin buraxılışında artıma görə yüksək bal toplayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR