Rusiya qüvvələri geri çəkildiyi ərazilərdə mina və tələlər qurur -

“Rusiya qüvvələri geri çəkilməli olduqları ərazilərdə mina və tələlər qurur”.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. Onun sözlərinə görə, buna görə də, dinc əhali azad edilmiş ərazilərə qayıdanda fəsadlarla qarşılaşır. Avstriya Milli Assambleyasının xüsusi iclasında videokonfrans vasitəsilə danışan Zelenski bildirib ki,174 min kvadrat kilometr Ukrayna torpağına minalar döşənib.

“Ukraynalılar olaraq heç bir ölkənin daxili işlərinə qarışmaq və ya hər hansı bir gərginlik yaşamaq niyyətində deyilik” - Zelenski deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR