"Formula 1": Daha bir məşhur musiqiçi Bakıya gələcək

"Formula 1" üzrə Azərbaycan Qran Prisində çıxış edəcək daha bir məşhur musiqiçinin adına aydınlıq gəlib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Metbuat.az-a verilən məlumata görə, niderlandlı DJ Don Diablo aprelin 28-də Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə şou sərgiləyəcək.

Daha əvvəl DJ Hardvellin aprelin 29-da çıxış edəcəyi bəlli olub.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR