Putin silah üçün bu ölkəyə üz tutdu

“Moskva onlarla silah və sursat müqabilində Şimali Koreyaya ərzaq təklif edib”.

Metbuat.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurası belə açıqlama yayıb. Bildirilir ki, Rusiyanın Ukraynadakı müharibədə istifadə etmək üçün yenidən silah və sursat üçün Şimali Koreyaya üz tutduğuna dair yeni dəlillər var. Məlumata görə, bunun qarşılğında Rusiya Pxenyanı çox ehtiyac duyulan ərzaq və digər mallarla təmin edəcək. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, təklif olunan razılaşmaya görə, Rusiya Pxenyandan 20 növdən çox silah və sursat alacaq.

Ekspertlər hesab edirlər ki, Şimali Koreyada ərzaq vəziyyəti Kim Çen Inın 11 illik hakimiyyəti dövründə ən pis vəziyyətdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR