Ötən ay sərhəddə 4 milyon manatlıq qaçaqmal tutulub

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 330 kq 909 qram narkоtik vasitə və 7613 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Metbuat.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

    Bundan başqa qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 4 milyon 235 min 748 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, spirtli içki, tütün məmulatları və saxta yolla düzəldilmiş möhürlər saxlanılıb


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR