NATO Putinin “boğazını qurudub”:

“Finlandiyanın NATO-ya üzvlüyü ilə alyansın şərqə doğru Rusiya sərhədləri istiqamətində irəliləməsinin növbəti mərhələsi başlamış oldu. Sonuncu dəfə 2004-cü ildə Rusiya sərhədlərinə Yaxın Şərqi Avropa ölkələri, xüsusən də üç Baltik Respublikası NATO-ya qəbul olunmuşdu. Düz 19 il sonra bu yenə bərpa olundu və belə görünür ki, bu proses davam edəcək”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Şahin Cəfərli deyib. Müsahibimiz bildirdi ki, Türkiyə və Macarıstan parlamentlərinin ratifikasiyasından sonra İsveç də bu il ərzində şübhəsiz ki, NATO-ya üzv kimi qəbul olunacaq.

Şahin Cəfərli

“Hesab edirəm ki, sonrakı mərhələdə NATO postsovet məkanına daxil olacaq. Yəni Rusiya Ukrayna müharibəsindən sonra qısa müddət ərzində Ukraynanın NATO-ya qəbul olunacağı artıq şübhə doğurmur. Digər tərəfdən, Finlandiyanın üzvlüyü Rusiya, Putin üçün böyük bir strateji fiaskodur. Bildiyiniz kimi, Rusiya ötən il Ukrayna-nın NATO-ya qəbul olunmaq istəyini bəhanə edib hücuma keçmişdi. Əgər Ukrayna NATO-ya üzv olarsa, Amerikaya gətirib orada öz raketlərini yerləşdirəcək və həmin raketlərin də Rusiyanın böyük şəhərlərinə, hətta paytaxt Moskva da daxil olmaqla, atəş məsafəsi qısalmış olacaq. Bu isə Rusiyanın təhlükəsizliyi üçün çox ciddi bir təhdid yaradacaq”.

Finlandiyanın alyansa üzv olması ilə Rusiya NATO quru sərhədlərinin uzunluğu iki dəfə artmış olduğunu ifadə edən Şahin Cəfərli vurğuladı ki, Amerika Finlandiya, Rusiya sərhəddində raketlər yerləşdirsə, hətta ən adi, ucuz raketlərlə belə Sankt-Peterburqa zərbə endirmək mümkün olacaq ki, bu da Rusiyanın Ukrayna avantürasına daxil olmaqla nə qədər ciddi bir strateji itkiyə, strateji məğlubiyyətə düçar olduğunun bariz göstəricisidir.

Russia-Ukraine war: What is NATO, what's its role in the conflict -  BusinessToday

“Finlandiyanın üzvlüyündən əvvəl NATO-nun Rusiya quru sərhədləri təxminən 1200 -1270 kilometrdən ibarət idisə, hal-hazırda 2600 kilometrə çıxıb. Eləcə də Finlandiya sərhədindən Rusiyanın ikinci paytaxtı Sankt Peterburqa olan məsafə cəmi 150 km kilometr təşkil edir. Başqa bir tərəfdən Finlandiya Baltik regionunun önəmli dövlətlərindən biridir. Ümumilikdə Finlandiyanın və İsveçin üzvlüyündən sonra Baltik dənizinə çıxışı olan bütün dövlətlər Rusiya istisna olmaqla, təbii ki, bütün digər dövlətlər NATO üzvü olmuş olacaq. Yəni faktiki olaraq Baltik dənizi bir NATO gölü halına gələcək. Tarixdən biz bilirik ki, Rusiya əsrlər boyu bu Baltik dənizinə çıxış əldə etmək üçün mübarizə aparıb. Amma indi artıq gəldiyimiz vəziyyət belədir ki, Rusiya özü istisna olmaqla bütün digər Baltik dənizi, region ölkələrinin hamısı NATO- nun üzvü olmuş olacaqlar. Bu isə Rusiyanın Baltik, eyni zamanda regionun tərkib hissəsi olan Fin körfəzindəki hərəkət sərbəstliyini ciddi şəkildə məhdudlaşdıraraq bu məsələdə bir növ NATO-dan asılı duruma gəlmiş olacaq”.

Finlandiyanın üzv olması ilə alyansın gücünün iki qat artdığını ifadə edən Şahin Cəfərli tarixə nəzərən qeyd etdi ki, Finlandiyanın Rusiya ilə apardığı müharibə təcrübəsi nəticəsində Sovet dövləti o qədər ağır itkilər vermişdi ki, Finlandiyanın müstəqilliyini sonda qəbul etmək məcburiyyətində qalmışdı. Bütün bu yaşananların hazırda Rusiya üçün qəbuledilməz olduğunu deyən ekspert qeyd etdi ki, hərbi baxımdan güclü bir dövlətin NATO ya üzvlüyü Rusiya üçün əlavə bir problem yaradacaq.

Premium Photo | Political relationship between finland and russia national  flags on cracked concrete background

“İndi Rusiya NATO ilə sərhəd xəttinin 1300 kilometrlik bir hissəsinə müdafiəsi üçün böyük qüvvələr yerləşdirmək məcburiyyəti qarşısında qalacaq. Burada başqa bir önəmli detal da var: Finlandiya və İsveç həm də Arktika regionunun önəmli dövlətləridir. Hazırda isə xüsusən son illərdə iqlim dəyişikliyindən sonra qlobal istiləşmə nəticəsində Arktik regionda buzlar əriməyə başlayıb.Buzların əriməsindən sonra da həmin ərazidə yeni dəniz yolları açıldı. Nəticədə, arktik region da geopolitik rəqabət zonasına çevrilib. Rusiya ilə Amerika eləcə də Çin də hər nə qədər arxitik bölgəyə çox uzaq məsafədə yerləşsə belə, bu regiona ciddi maraq göstərirlər. Yəni faktiki olaraq Arktik region Rusiya, Amerika və Çin arasında yeni bir qlobal rəqabət regionuna çevrilib. İndi həmin regionun önəmli dövlətlərindən biri olan Finlandiyanı və eləcə də İsveçi NATO-ya qəbul etməklə Amerika bu rəqabətdə bir addım önə çıxmış olur”.

Cooperation with Russia in the Arctic is Virtually Impossible Says US  Official

Arktik regionun önəmi barədə danışan Şahin Cəfərlinin fikirlərinə görə, hansı qlobal güc ərazini nəzarətə götürəcəksə, qlobal geosiyasi rəqabətdə həmin güc önə çıxmış olacaq.

“Buzların əriməsi nəticəsində yeni dəniz yolları, marşrutu yaranmağa başlayıb. Yəni Atlantik okeanından Sakit okeana ən qısa məsafə məhz Arktikadan keçir. Digər tərəfdən də Arktik region faydalı qazıntılarla zəngin olan bir regiondur. Yəni orada həm neft, qaz ehtiyatları var, həm digər qiymətli metallarqızıl almaz yataqları olduğu bildirilir. Güman olunur, eyni zamanda həmin ərazidə müasir yüksək texnologiyalar sənayesində istifadə olunan nadir torpaq elementləri metallarda yerləşir. Arktikada hansı güc üstünlük əldə edəcəksə, həmin təbii ehtiyatlardan da həmin gücün daha çox yararlanması imkanı yaranacaq. Və bu baxımdan da İsveçin NATO-ya qəbulu Arktik regiondakı rəqabətdə də Amerikanı bir addım önə çıxaracaq”.

GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR