ABŞ-da vacib toplantı

Kaliforniyada bir araya gələn ABŞ-ın Nümayəndələr Palatasının sədri Kevin Makkarti və Tayvan lideri Tsai İnq-ven görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Metbuat.az xəbər verir ki, Makkarti bildirib ki, Tayvan və Amerika xalqları arasında dostluq azad dünya üçün böyük əhəmiyyət kəsb edir. Mərkəzi Amerika ölkələrinə səfərindən sonra ABŞ-a “tranzit səfər”ə gələn Tsai ilə görüşməkdən qürur duyduğunu bildirən Makkartinin sözlərinə görə, həm Respublikaçı, həm də Demokrat millət vəkillərin Tsai ilə görüşüb. Tayvan lideri Tsai də Makkartiyə və Konqres üzvlərinə təşəkkürünü çatdırıb və görüşdən məmnunluğunu bölüşüb.

Tsai Tayvanın təcrid olunmaması üçün ABŞ-ın dəstəyinin vacib olduğunu vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR