"Azərbaycan təkcə bizim dostumuz və qonşumuz deyil, mühüm strateji tərəfdaşımızdır"

"Azərbaycan təkcə bizim dostumuz və qonşumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır".

Metbuat.az xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

"Biz uzun illər ərzində müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik. Bu layihələr bizim xalqları, ölkələri daha da birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq. Əminəm ki, bundan sonra da uzun illər belə olacaq", - Gürcüstanın Baş naziri qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR