Peşəkar memar Arzu Quliyeva ölkənin nüfuzlu layihəsində təltif olundu

Elə peşələr var ki, çətin və məsuliyyətli olmasına baxmayaraq bu sahədə qadınlar kişilərlə yarışır. İncəlik, dəqiqlik, dərinlik kimi keyfiyyətləri özündə birləşdirən memarlıq da belə sahələrdən biridir. Bu gün dünyanın ən məşhur memarlıq komplekslərində qadınların imzasını görmək mümkündür.

Memarlıq tarixinin Pritzker Mükafatlı ilk qadın memarı Zaha Hadid dünyaca məşhur komplekslərin müəllifidir. Özünəməxsusluğu ilə paytaxtımızın simvoluna çevrilən Heydər Əliyev Mərkəzi məhz onun imzasını daşıyır.

Ölkəmizdə də kifayət qədər işinin peşəkarı qadın memarlarımız var. Arzu Quliyeva şəhərimizin peşəkar memarlarından biridir.

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Arzu Quliyeva, öz istedadını kəşf etdikdən sonra Memarlıq və İnşaat Universitetinin “Memarlıq” fakültəsini bitirir. Universiteti bitirdikdən sonra o bir müddət “Code Academy” təhsil mərkəzində, eyni zamanda individual olaraq tələbələrə dizayn dərsləri verib.

“Arzudesignstudio” şirkətinin təsisçisi Arzu Quliyeva yalnız interyer dizayner deyil, həm də eksteryer və landşaft dizaynı üzrə mütəxəssisdir.

Ölkəmizin bir çox tanınmış mərkəzləri Arzu Quliyeva və onun komandası tərəfindən dizayn edilib. Dizayn, tikinti-təmir işlərini uğurla yerinə yetirən Arzudesignstudio şirkətinin devizi: Mənzil və obyektlərinizi işinin peşakarına həvalə edin!

Peşəkar mütəxəssis Arzu Quliyeva 17-18 Mart 2023-cü il tarixində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Successful Interior Designer of the Year” nominasiyasına layiq görülüb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR