​Məşhur qırğızıstanlı müğənni Akulova Malika Dina Bakıda təltif olundu

Akulova Malika Dina Qırğızıstanın məşhur pop müğənnilərindən biri olmaqla yanaşı, eyni zamanda aktrisa və uğurlu iş xanımıdır. Bu gün o qırğız gəncliyin kumiridir.

Musiqiçi ailəsində dünyaya göz açan Dina genetik kodlarına uyğun olaraq uşaqlıqdan incəsənətə həvəs göstərir. Valideynləri onun bu istəyini anlayışla qarşılayır və bu yolda ona dəstək olurlar. Müğənnilik karyerasına 6 yaşından başlayan Malika Dina 18 yaşında “The American Musical and Dramatic Academy”də təhsilini uğurla başa vurur və ifaçılıq sənətinin ən yaxşılarından birinə çevrilir.

Tələbəlik illərində istedadını açıq şəkildə nümayiş etdirən gənc qız bu gün Qırğızıstanı sərhədlərdən kənarda təmsil edən incəsənət xadimidir.

Onun mahnıları reytinqlərdə hər zaman ön sıralarda qərarlaşır.

Bir çox beynəlxalq festivalların qalibi olan gənc müğənni "İlin ən yaxşı müğənnisi" mükafatının qalibidir.

İncəsənətin bütün sahələrində xüsusilə ifaçılıq, rəqs və aktrisalıqda uğurlu olan Akulova Malika Dina 17-18 Mart 2023-cü ildə Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Singer of Asia”nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR