Zidan italyan futbolçunu bu sözünə görə vurubmuş -

İtalyan futbolçu Marko Materazzi 2006-cı ildə dünya çempionatının final oyununda Zinəddin Zidanla olan mübahisəsindən danışıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər arasında gərginlik Zidanın qolundan sonra başlayıb.

“Zidan qol vurandan sonra onu müdafiə etmək tapşırığı mənə verildi. İlk və ikinci qayda pozuntusundan sonra ondan üzr istədim, amma mənə kobud qarşılıq verdi. Üçüncü dəfə üz-üzə gələndə əsəbləşmişdim. Məni lağa qoyaraq formasını verəcəyini dedi. Məndə ona “bacını üstün tutaram” dedim”.

Qeyd edək ki, əsas vaxtı 1-1 hesabı ilə başa çatan oyunun əlavə hissəsində Zidan Materazziyə başı ilə zərbə endirdiyinə görə qırmızı vərəqə almışdı. Penaltilərlə 5-3 qazanan İtaliya dünya çempionu olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR