Çin lideri orduya əmr verdi

ABŞ-ın Tayvanda gərginliyi artırdığı vaxtda Çin lideri Si Cinpin orduda yoxlamalar aparıb.

Metbuat.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun Cənub Hərbi Dəniz Qüvvələrini təftiş edən Si Cinpin tapşırıqlar verib. O bildirib ki, ordu mümkün müharibəyə hazırlıq üçün hərbi hazırlığı gücləndirməlidir. “Bütün cəbhələrdə silahlı qüvvələrin modernləşmə səviyyəsini yüksəltmək üçün təlim, döyüş hazırlığını gücləndirmək və transformasiyanı sürətləndirmək lazımdır” - Si Cinpin deyib.

Qeyd edək ki, Tayvan lideri Tsay İnq-venin Mərkəzi Amerika səfərindən qayıdarkən ABŞ-a getməsi Çində narazılıqla qarşılanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR