Moskva Türkiyədəki seçkilərdən bunu gözləyir:

Türkiyədə bu il mayın 14-də baş tutacaq seçkilərlərlə bağlı bütün proseslər Rusiya və Ukrayna tərəfindən diqqətlə izlənilir. 2022-ci ildə qalobal siyasətə Rusiyanın Ukraynada başlatdığı müharibə damğa vurmuşdu. Türkiyə bu müddətdə həm Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qatılmadı, həm də Ukraynaya pilotsuz uçuş aparatları (PUA) satmağa davam etdi və iki ölkə arasında vasitəçi rolu oynadı.

Eyni zamanda Türkiyə Rusiya və Ukrayna taxılının Qara dənizdən təhlükəsiz şəkildə keçməsi üçün əldə edilən “Taxıl sazişi” anlaşmasında da əsas rolda idi.

Rusiyanın Türkiyəyə günlük neft ixracı mart ayında 454 min bareli ötərək record qırdı. Bu rəqəm 2022-ci ilin eyni dönəmində 187 min barel idi. Həmçinin, Rusiya Türkiyə-Suriya münasibətlərinin normallaşmasında da önəmli rol oynayır.

“Rus höküməti üçün Ərdoğan uyğundur, Kılıçdaroğlu baş ağrısı olacaq”

Metbuat.az xəbər verir ki, BBC-yə danışan Rusiyanın “Yeni Türkiyə Araşdırmaları Mərkəzi” (YETAM) sədri Yuriy Mavaşev bildirib ki, Rusiya üçün Ərdoğan proqnozlaşdırıla bilən, status-kvonu davam etdirmək deməkdir. Kılıçdaroğlu və ya başqa bir müxalif namizəd seçkiləri qazansa, Kreml üçün böyük baş ağrısı olacaq. Mavaşevə görə, xarici ölkələrdə yayımlanan müxalif media qurumları Ərdoğana qarşı mənfi münasibət sərgiləyir, dövlət mediası isə əksinə:

“Əsl problem odur ki, nə müxalifətin, nə də Kremldəkilərin Türk vətəndaşlarının seçimi və fikirləri bir yana, Türkiyə və siyasi sistemi ilə bağlı heç bir fikri yoxdur. Onlara görə, Türkiyədə hər şey Rusiyadakı ilə eynidir. Onlara görə Ərdoğan ya Putin qədər yaxşıdır, ya da Putin qədər pis. Putin açıq-aşkar Ərdoğandan başqa lider tanımaq istəmir, bundan əminəm. Bunun səbəbi Ərdoğanla Putinin eyni dili danışmasıdır”.

Mavaşev həmçinin bildirib ki, Rus səlahiyyətliləri Kılıçdaroğlunu yaxşı tanımır, onun arxasında hansı güclərin olduğunu bilmir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR