Gürcüstan müxalifəti paytaxt Tbilisidə mitinq keçirdi - FOTO

Gürcüstan müxalifəti aprelin 28-də paytaxt Tbilisidə mitinq keçirib.

Metbuat.az xəbər verir ki, paytaxtdakı Respublika meydanında keçirilən mitinqdə 126 ictimai təşkilat və media qurumunun 10 minədək üzvü iştirak edib.

Mitinqin keçirilməsinə səbəb hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi olub.

Aksiya iştirakçıları buna etiraz olaraq hakimiyyətlə əməkdaşlığı dayandırdıqlarını bildiriblər.

Məlumata görə, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası da aprelin 29-na ümumrespublika mitinqi elan edib. Mitinqdə 100 mindən çox insanın iştirakı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı