"Ermənilər bu addımları ilə xalqımıza qarşı nifrət bəslədiklərini nümayiş etdirdilər" -

"Aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılması, ermənilərin Azərbaycan bayrağına qarşı törətdikləri hörmətsizlik, vəhşilik bir daha onu göstərir ki, onlar Azərbaycana qarşı nifrət hisslərini daha böyüdüblər".

Bu fikirləri Metbuat.az- açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Millət vəkili hesab edir ki, Ermənistan bu məsələyə çox ciddi nəzər yetirməli olduğu halda həmin əməli törədən şəxs daha sonra alqışlarla qarşılanaraq az qala İrəvanda qəhrəmanlaşdırırıldı.

"Xüsusi ilə qeyd etmək lazımdır ki, istənilən idman yarışlarını, ümumiyyətlə idmanı siyasiləşdirmək qətiyyən qəbuledilməzdir. Azərbaycanda da bir sıra mötəbər beynəlxalq tədbirlər, idman yarışları keçirilir və orada heç zaman Ermənistan komandasına, Ermənistan bayrağına qarşı hər hansısa bir hörmətsizlik faktı olmayıb. Bu onu göstərir ki, Azərbaycan xalqı sülhsevərdir, sivil, inkişaf etmiş xalqdır. Ermənilər isə bu addımlar ilə bir daha onu göstərdilər ki, onlar azərbaycanlılara qarşı nifrət hissi ilə yaşayırlar".

Millət vəkili hesab edir ki, qeyd etdi ki, bu vəhşiliyə qarşı dünya birliyi susmamalı, beynəlxalq federasiyalar Ermənistana bu sahədə ciddi təsir göstərərək, sanksiyalar tətbiq etməlidir.

"Azərbaycanda belə mötəbər tədbirlərin keçirilməsi hər zaman yüksək səviyyədə təşkil olunubdur və bundan sonra da belə olacaqdır. Məğlub Ermənistan isə cılız addımlar ataraq ayaq üstündə durmağa çalışsa da, çox təəssüf ki, onlar özlərini daha acınacaqlı vəziyyətə salacaqlar. Azərbaycan bayrağı bizim qürur yerimizdir və heç kəs ona əl uzada bilməz".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR