Həmyerlimiz İspaniyanın məşhur layihəsində şou göstərdi -

Azərbaycanlı tanınmış sirk ustası Üzeyir Novruzov İspaniyanın məşhur layihəsində qatılıb.

Metbuat.az xəbər verir ki, “Got Talent Espana” layihəsinə qatılan Üzeyir əvvəlcə özü barədə danışıb. Ardınca bir sıra nümayişlərdən sonra o məşhur nərdivan şousunu nümayiş etdirib. Üzəyir “American Got Talent” müsabiqəsində yarımfinala çıxdığını xatırladıb. O bildirib ki, aldığı zədə səbəbindən altı metrlik nərdivandan yıxılıb. Üzeyirin İspaniyada şou göstərdiyi nərdivanın uzunluğu isə az olub.

Qeyd edək ki, Üzeyirin şousu münsif heyəti tərəfindən bəyənilib və o, növbəti mərhələyə keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR