Məleykə Əsədovanın doğum günüdür -

Bu gün Azərbaycan Respublikasının xalq artisti, aktrisa Məleykə Əsədovanın doğum günüdür.

Metbuat.az xəbər verir ki, 1966-cı il aprel ayının 23-də Neftçala şəhərində anadan olub.

1983-87-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb. Məleykə Əsədova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub. Bu kollektivdə çalışan aktrisa teatrın beş tamasında rol oynayıb. Həmin səhnə obrazları aşağıdakılardır: Gültəkin ("Aydın", Cəfər Cabbarlı), Nəzifə ("Dağ tikirik", Vaqif Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı", Rəhman Əlizadə), Sədəf ("Sultanqulu körpüsü", İsi Məlikzadə), Leyli ("Leyli və Məcnun", Məhəmməd Füzulinin eyniadlı poeması əsasında dramatik kompozisiya).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR