Rəqsanə Təranənin ittihamlarına cavab verdi:

Xəbər verdiyimiz kimi, Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova həbs olunub. Aprel ayının 6-da isə məhkəmənin hazırlıq iclası keçirilib. Həmin zaman T.Səmədova bildirib ki, müğənni Rəqsanə İsmayılova 2 övladını ondan xəbərsiz götürərək tanımadığı dayəyə tapşırıb.

Həbsdə olan Təranə Rəqsanəni ittiham etdi: Məndən xəbərsiz... / VİDEO

Metbuat.az xəbər verir ki, müğənni Rəqsanə İsmayılova bu barədə ilk dəfə "Həmin Zaur" verilişində danışıb. O qeyd edib ki, hazırda uşaqlar onun yanındadılar. Heç bir dayəyə tapşırmayıb:

"Təranə xanım həbs olunduqdan sonra uşaqları sığınacağa apardım. Lakin mən uşaqları həftədə bir dəfə görmək üçün ərizə yazdım. Sonra uşaqlar gəldi bizə və qız getmək istəmədi. Dedi ki, mən burada qalmaq istəyirəm. Sonra dövlət qurumlarına bu barədə məlumat verdim. Müvafiq qurumlar gəldi və baxış keçirdilər. Qız getmək istəmədi və ərizə yazdı. Bu gün uşaqlar bizdədi, heç bir dayə onlara baxmır. Sadəcə mənim körpə övladlarımın dayələri evimdə var. Bir daha açıqlama vermək istəyirəm ki, mən Təranənin uşaqlarını özbaşına yanımda saxlamıram. Qanun, qayda var. Mən sadəcə onlara sahib çıxmışam".

Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR