22 yaşlı reper həbsxanada qətlə yetirildi

22 yaşlı amerikalı reper MoneySign Suede həbsxanada qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, reperin cəsədi Kaliforniyadakı həbsxanada işçilər tərəfindən aşkarlanıb. Onun boyun nahiyəsindən bıçaqlandığı bildirilib.

Polis hazırda faktlarla bağlı araşdırma aparır.

Qeyd edək ki, MoneySign keçən ilin dekabrında qanunsuz silah saxlama ittihamı ilə 32 ay müddətinə həbs olunmuşdu.

Reper 2022-ci ildə "Parkside Baby" adlı musiqi albomunu təqdim etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR