Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Azad Həsənli/

Azərbaycanın İcbari Sığorta Bürosu (İSB) sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması sistemini yeniləyib.

Trend-in məlumatına əsasən, bu barədə İSB-nin yaydığı xəbərdə deyilir.

Məlumatda deyilir ki, sistem vasitəsilə sığorta tələbinin statusunu yoxlamaq olacaq: “İSB-nin “non-life” sığorta xidmətləri təqdim edən və İSB-nin üzvü olan sığorta şirkətlərinə qarşı irəli sürdüyü sığorta tələblərinin statusu barədə məlumatı http://services.isb.az saytından əldə etmək mümkün olacaq”.

2015-ci ilin ilk 5 ayı ərzində sığorta müqavilələrinin yoxlama sisteminə 640 mindən çox sorğu göndərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az