İbrahim Tatlısəs yenə ölümdən döndü -

Türkiyədə İzmirin Narlıdere rayonunda lüks yaşayış binasında - Folkart yaşayış kompleksində yanğın baş verib.

Metbuat.az xəbər verir ki, 8 mərtəbəli binada çıxan yanğın səbəbindən 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin ayağı burxulub.

Yanğın 8 saatdan sonra tam söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Məlumata görə, həmin yaşayış binasında tanınmış müğənni İbrahim Tatlısəsin də mənzili var imiş. O sosial media hesabından bildirib ki, 2 gün öncə İzmirə gəlmək istəyib, lakin təyyarədə yer olmadığına görə planını təxirə salıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR