Mərci xərçəngin bütün növlərindən qoruyur

Mərci xərçəngin bütün növlərindən qoruya bilən qida məhsuludur.

Bağırsaq xərçəngi nöqteyi-nəzərindən mərci bağırsağımızın sağlamlığı üçün faydalı olan prebiotik liflə zəngindir.

Metbuat.az xəbər verir ki, bu barədə həkim-diyetoloq İqor Strokov “MedikForum”a müsahibəsində deyib.

Həkim qeyd edib: “Lakin məsələ yalnız onun bütövlükdə xərçəngin inkişaf riskini azaldan antioksidant və flavonidlərlə zəngin olmasında deyil. Mərcinin tərkibində, həmçinin qan təzyiqi və ürək sağlamlığı üçün faydalı olan fol turşusu və kalium var. Əgər siz qırmızı ətin qəbulunu azaltmağa çalışırsınızsa, onu mərcinin zəngin olduğu bitki zülalları ilə əvəz etməlisiniz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı