Azərbaycanda güclü sel avtomobilləri apardı - VİDEO / FOTO

Goranboya güclü yağışdan sonra sel gəlib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 16 radələrində rayonun Gürzalar, Borsunlu kəndləri sel suların altında qalıb.

Sel suları səbəbindən kənd yolunda avtomobillərin hərəkəti tamamı ilə dayanıb. Sel Gürzalar kəndində bir neçə avtomobili aparıb, avtomobillərə ziyan dəyib.

Ümumilikdə selin törədiyi ziyanla bağlı məlumat yoxdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR