Anar Ağakişiyevdən açıqlama: "O xanım zamanında məni..."

Xəbər verdiyimiz kimi, stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanın xarici görünüşünü ilə bağlı rəyi ciddi müzakirə obyektinə çevrilib. Belə ki, o, instaqram səhifələrinin birində müğənninin videosuna şərh yazıb: "Qoca transa oxşayır! 53 yaşında azərbaycanlı xanım belə görünməməlidir! Hər şeyin ədabı-üsulu var. Həyatda ən çəkindiyim şey - Yaşlananda Allah ağlımı almasın".

Anar Aygünü təhqir etdi - "Qoca transa oxşayır" / FOTOLAR

Metbuat.az xəbər verir ki, stilist yazdığı rəylə bağlı açıqlama verib. O qeyd edib ki, yazdığı ifadələrdə təhqir yoxdur: "Orada təhqiredici heç bir söz yox idi, əskinə tənqid var idi. O ki qaldı təhqirə, o xanım ( Aygün Kazımova- red) zamanında efirdə məni təhqir etmişdi. Hamı susmuşdu, indi də susacaqsınız. Zamanında ATV-də verilişində səhər-səhər kefi istədi, mənim xarici görünüşümü təhqir etdi. Anam ağladı. Heç bir ananın xoşuna gəlməz övladının xarici görünüşü haqqında pis fikir söyləsinlər. Ona görə saxla samanı, gələr zamanı Mən təhqir etməmişəm, fikir bildirmişəm. Bəli, elə görsənir. O ki qaldı şərhlərə, mən bəzədiyim şəxslər elə görsənmir. Orada söhbət makiyajdan yox, geyimdən gedir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR