Ukraynaya dəniz və havadan uzaqmənzilli raketlərlə hücum etdik - Rusiya

Rusiya Ukraynadakı hərbi sənaye obyektlərinə dəniz və havadan uzaqmənzilli raketlərlə hücum edərək, sursat, silah və hərbi texnika istehsal edən müəssisələri sıradan çıxarıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib. O bildirib ki, hücum hədəfinə çatıb. Açıqlamaya görə, bütün müəyyən edilmiş obyektlərə zərbələr endirilib. Ukrayna hərbi hissələri üçün sursatlar, silah və hərbi texnika istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyəti dayanıb. Açıqlamada deyilir ki, Rusiyanın hücum dəstələri Donetsk istiqamətində Baxmut şəhərinin qərb hissəsindəki Ukrayna qoşunlarını zərərsizləşdirib.

Donetsk vilayətinin Kalinovka, Çasov Yar, Nikolayevka və Stupoçki bölgələrində Ukrayna əsgərlərinə qarşı hücumların təşkil edildiyini qeyd edən Konaşenkov, son sutka ərzində Rusiya döyüş təyyarələrinin bu bölgədə 6 uçuş həyata keçirdiyini və artilleriya bölmələrinin 64 atəş açdığını bildirib. Konaşenkov sözügedən bölgədə 330-a yaxın Ukrayna əsgərinin zərərsizləşdirildiyini iddia edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı