Hacı Şahini əvəz edən Əli Şərbətov kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Əli Şərbətov Məşədi Dadaş Məscidinə imam təyin edilib.

Metbuat.az xəbər verir ki, Əli Şərbətov 1990-cı illərin əvvəlində Liviya Ərəb Respublikasında dini təhsil alıb. O, Bakı İslam Univesitetində də təhsil alıb və hazırda Bakı İslam Univesitetinin müəlimi kimi fəaliyyət göstərir.

Məlumata görə, o, bundan əvvəl Saray qəsəbəsindəki “Cümə” məscidinin imam müavini olub. Həmçinin Ceyranbatan qəsəbəsi axundudur.

Xatırladaq ki, Məşədi Dadaş məscidinin əvvəlki imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.

Bir 1 nəfər şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR