Süni intellekt geniş yayılmış iş itkilərinə səbəb olacaqmı?

Yaşadığımız milleniumun böyük üstünlüklərindən hesab edilən süni intellektin populyarlığı günü-gündən daha da artır. Bəs bir çox sahələrdə əlimizdən tutan, işimizi asanlaşdıran süni intellektin hansı zərərləri var? Süni intellekt hansı sahələrdə insanlara olan tələbatı azalda, yaxud hansı sahələrdə çalışan insanların işsiz qalmasına səbəb ola bilər. Bu məqaləmizdə bu suallara cavab tapmağa çalışacağıq.

Müasir dünyada süni intellektin rolu

Süni intellektin inkişaf mərhələsindəki sıçrayış son bir neçə ilə təsadüf etsə də, əksər sahələrin süni intellektə adaptasiya olması çoxdanıncı illərə gedib-çıxır. Tekstil sənayesi avomatlaşdırılan ilk sənayelərdən biridir. Hələ XVIII əsrdə ilk dəfə olaraq tekstil sahəsində maşınlardan istifadə edilmişdir.

Ağıllı maşınların insanları əvəz etməsi ilə başlayan bu çevriliş yavaş-yavaş bütün sahələrdə özünü göstərməyə başladı. Artıq böyük, eləcə də nisbətən kiçik fabriklərin, demək olar ki, əksəriyyətində fiziki əməkdən minimal səviyyədə istifadə olunur. İşin böyük qismi maşınlar tərəfindən görülür. Ağıllı maşınlara tələbatın böyük olduğu bu sahələrdən başqa sahələr də var ki, ağıllı kompüterlər tərəfindən idarə olunur.

Artıq evlərimizdə “ağıllı ev sistemi” istifadə edirik, telefonumuzda “robotlarla” danışıb, əməliyyatları təmassız yerinə yetirməyi bacarırıq. Son xəbərlər onu göstərir ki, artıq istənilən sahədə çalışan işçinin vəzifələrini süni intellektlə işləyən hər hansı bir robot da yerinə yetirə bilər.

Süni intellekt əmək bazarına necə təsir edir

Bəsi süni intellektin əmək bazarındakı təsirləri nələrdir? Aparılan araşdırmalara və insanlar arasında keçirilən sorğuya nəzər salsaq, görürük ki, insanların böyük bir qismi gündəlik işlərdə süni intellektdən istifadə etməyə xoş baxırlar. Kiçik-xırda işlərdə əlimizdən tutan süni intellekt digər tərəfdən bizi qorxudur. Kiçik işləri bacaran hansısa maşın gələcəkdə bizim işimizi də bacarıb, bizi işsiz qoysa necə?

Mütəxəssislər tərəfindən keçirilən tədqiqatlar göstərir ki, süni intellekt hazırda 250 milyondan çox insanı işsiz qoya bilər. Bura müxtəlif sahələrdə tam iş rejimində çalışan insanlar daxildir. Tələbələr arasında keçirilən sorğuda isə məlum olub ki, məzunların 70%-i süni intellektə görə iş tapmayacağına inanır. İnanlardan çoxunu dərslərində aktiv olan və əla qiymətlərlə bitirən tələbələr təşkil edir.

Süni intellektin inkişafı üçün hazırda milyonlar xərclənir. Sahibkarlara süni intellekt çox fayda verir. Onlar aylıq maaş verdikləri işçi əvəzinə daha az xərc tələb edən, daha sürətlə işləyən, xəstələnməyən, bütün əmrlərini sual vermədən yerinə yetirən maşınlara üstünlük verirlər.

Süni intellekt hansı peşələrə təsir edəcək

Süni intellekt epoxasındakı inkişaf bizə texnologiyanın nələrə qadir olduğunu göstərir. İnkişafı dayanmadan sürətləndikcə bu yeni trendin səbəb ola biləcəyi mənfi tərəfləri araşdıran tədqiqatçılar da çoxalır. Aparılan araşdırmalar göstərir ki, bəzi sahələrə bu tendensiya daha böyük zərbə vura bilər. Bu sahələrdən biri də hüquq sənayesi hesab olunur.

Mütəxəssislərin fikrincə süni intellektin təkmilləşməsi ən çox hüquqi vəzifələrdə çalışan insanları işsiz qoyacaq. Yeni yaranan maşınlar, hətta çətin və uzun müqavilələr belə hazırlaya biləcək. Fiziki gücün üstün olduğu sahələrin isə bu baxımından bəxti bir az da olsa, gətirəcək. Neft-mədən kimi sənayelər bu inkişafa daha az məruz qaldığı halda, texnologiya ilə əlaqəli bütün sahələrdə süni intellektin inkişafı qaçınılımaz olacaq.

Xüsusilə, IT, məqalələr yazmaq, tərcümə, səyahət agentlikləri kimi sahələr hüquqi xidmətlərdən sonra bu trend tərəfindən ən çox təsirə məruz qalacaq sahlər olacaq. Tərcümə sahəsində süni intellektin rolu hazırda da çox böyükdür. Çoxlarının sevərək istifadə etdiyi tərcümə platformaları yaxın zamanda tərcüməçiləri işsiz qoya bilər. Süni intellektin təsirinə məruz qalan daha bir sənaye onlayn mərc platformaları, online casino azerbaijan saytları ola bilər.

İnsanların AI ilə kütləvi şəkildə dəyişdirilməsinin nəticələri

Süni intellektlə çalışan robotların insanları əvəz etməsi işsiz qalanların sayını çoxaldacaq. Bəzi sahələrdə işsizlik daha çox olacaq. Bununla belə, bəzi mütəxəssislər düşünür ki, rüşvətxorluğun azalması üçün süni intellekt ideal variantdır. Bu inqilab, eyni zamanda yeni vəzifələrin də yaranmağına səbəb olacaq. Hətta əvvəllə mövcud olmayan işlərə belə ehtiyacımız ola bilər. Bu səbəbdən yeni iş elanları da görməyə başlayacağıq.

İşlərini onlayn platformalardan görən sənayelərdə işsiz insanların çoxalacağını deyə bilərik. Buna baxmayaraq, burada bir vacib nüansı da qeyd etməliyik. Süni intellekt biz - insanlar tərəfindən yaradılan və bu səviyyəyə çatdırılan texnoloji yenilikdir. Süni intellektin bu səviyyəyə gəlməsinə necə insanlar töhfə veribsə, gələcəkdə də verməyə davam edəcək. Süni intellektin inkişafından insanların rolu həmişə olacaq.

Həmişə insanlara ehtiyac duyacaq sahələr

Bu reallıq bir çox sahəyə təsir edib, neçə-neçə insanı işsiz qoysa da, bəzi sahələrə təsir edə bilməyəcək. Süni intellekt bir çox işlər görməyə qadir olsa da, yaradıcılıq tələb edən işlərdə o qədər də uğurlu deyil. Duyğu ilə hərəkət etmədiyinə görə süni intellektdə sosial, eləcə də hiss baxımından çatışmayan bəzi nüanslar var.

Xüsusilə, empatiya, yaradıcılıq tələb edən sahələrdə süni intellekt uğurlu deyil. Bura, həmçinin strateji rol tələb edən vəzifələri də aid etmək olar. Bunlardan əlavə emosional bağ tələb edən bəzi işlər - tədbir təşkilatçısı, müəllim, marketinq meneceri və sairə bu trend tərəfindən çətin ki, icra edilə bilsin. İcra edilsə belə, süni intellektin bu və bunlar kimi digər sahələrdə uğurlu olması sual altındandır. Bunlardan başqa, polis və həkimlik də süni intellektin təsirinə çox az məruz qalan peşələrdir.

Nəticə

Müsbət və mənfi tərəflərini anlayaraq süni intellektin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi həqiqəti ilə barışmalıyıq. İstənilən halda və hansı sahədə işləməyimizdən asılı olmayaraq, süni intellektin üstünlüklərinə fokuslanaraq ondan maksimum faydalana bilərik. Bu yeni trend bizə təcrübəsiz iş elanları kimi bir çox yeniliklər qatmağa davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı