Kremlə hücumu ruslar özü təşkil edib - İDDİA

Böyük Britaniyanın Müdafiə Nazirliyi Kremlə hücumla bağlı diqqətçəkən iddia səsləndirib.

Metbuat.az xəbər verir ki, Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi “Sky News”a açıqlamasında bildirib ki, Kremlə hücumu Rusiya özü təşkil edib. Onun iddiasına görə, Kremlə hücum etmək Ukraynaya heç nə qazandırmaz. Rəsmi qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə qalmadığı məlumdur. Belə olan halda Kremlə hücum təşkil edilməsinin əsası yoxdur.

Böyük Britaniya Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya özü Kremlə hücum etməklə ölkədəki siyasi birliyi təmin etməyə çalışır və Ukraynaya qarşı daha aqressiv siyasət həyata keçirməyə şərait yaradır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı