Xəyanəti qəbul edə bilmir - Əlbəyaxa dava etdilər

Jerar Pike ilə Şakira arasında gərginlik səngimək bilmir.

Metbuat.az NTV spor-a istinadən xəbər verir ki, Pikeövladlarını görmək üçün getdiyi Mayamidə Şakiranın qardaşı Tonino ilə əlbəyaxa dava edib. “Telemundo”nun xəbərinə görə, Jerar Pike Mayamidə Şakira ilə mübahisə etməyə başlayıb. Daha sonra məşhur müğənninin qardaşı Tonino araya girib. Toninonun müdaxiləsi ilə gərginlik artıb və tərəflər əlbəyaxa dava ediblər. Polis əməkdaşları Jerar Pike və Şakiranın qardaşını çətinliklə ayırıblar.

Qeyd edək ki, Şakira, Pike ona xəyanət etdiyi üçün ayrılıb. Ayrılıqdan sonra iki uşağına qəyyumluq edən Şakira Mayamidəki evinə köçüb. İkili arasındakı razılaşmaya görə, Jerar Pike ayda 10 gün uşaqları ilə vaxt keçirə biləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı