Sumqayıtda bank kartını oğurlayıb alış-veriş etdilər

Sumqayıtda bir nəfərin bank kartı oğurlanıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, Sumqayıt şəhəri ərazisində bir nəfərin içərisində pul və bank kartı olan cüzdanının oğurlanması, sonradan həmin kartdan 190 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.

Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Tural Abbasov və Yavər Şərifov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR