Ramin Bayramlı uzun müddətdən sonra üzə çıxdı - FOTO

TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddət sonra yenidən görünüb.

Metbuat.az xəbər verir ki, o, 3-5 may tarixlərində Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin (AZKLMİB) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan ilk milli “1-ci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi”ndə iştirak edib.

Qeyd edək ki, Ramin Bayramlı hazırda Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində çalışır.

R.Bayramlı 2021-ci il sentyabrında 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı