Keçmiş nazirin qardaşının istirahət mərkəzi yandı - FOTO

Siyəzən rayonunda istirahət mərkəzində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hadisə rayonun Məşrif kəndində qeydə alınıb. Əli Mərdanova məxsus istirahət mərkəzinin 150 kvadratmetr sahəsi yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, yanan istirahət mərkəzinin sahibi Əli Mərdanov keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Əli Mərdanov əvvəllər Şabran Rayon Polis Şöbəsinin rəisi olub.

Siyəzəndə istirahət mərkəzində yanğın olub - FOTO  - YENİLƏNİB

Siyəzəndə istirahət mərkəzində yanğın olub - FOTO  - YENİLƏNİB

Siyəzəndə istirahət mərkəzində yanğın olub - FOTO  - YENİLƏNİB


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı