Paşinyandan etiraf - "Nemezis" abidəsi barədə qərar yanlış idi

Ermənistanın Baş naziri Nikol Paşinyan "Nemezis" abidəsi ilə bağlı yanlış qərar verildiyini bildirib.

Metbuat.az xəbər verir ki, o, bu barədə "Azadlıq" radiosuna müsahibəsində danışıb.

Paşinyan abidənin ucaldılması qərarını hökumətin vermədiyini diqqətə çatdırıb: "Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib", - Paşinyan vurğulayıb.

Qeyd edək ki, abidənin açılışından sonra Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı