Nazilə Səfərli Türkan Gündüzün öldürülməsindən DANIŞDI: "Əri xəyanət edib"

Xəbər verdiyimiz kimi, tanınmış plastik-cərrah Türkan Gündüz Novxanı kəndində yerləşən bağ evində həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, Nazilə Səfərli cərrahın qətlə yetirilməsindən danışıb. O, iddia edib ki, yoldaşı Türkana xəyanət edib.

Belə ki, Gündüz evində çalışan xanımlardan biri ilə qeyri-rəsmi münasibətdə olub. Ərinin ona xəyanət etdiyini bilən Türkan ondan boşanmaq istəyib. Səfərlinin iddiasına görə, Türkanəni anası zorla Muhammet Gündüzə ərə verib. Türkan xəyanət görə ərindən ayrılmaq istədikdə isə anası buna icazə verməyib.

Qeyd edək ki, Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.

Qətli törədən Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların 14 il əvvəl ailə həyatı qurduğu bildirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı