Rusiyada oğlanlar hərbi xidmətə getməmək üçün qadın olmağı rəsmən qəbul etdi

Rusiyada gənclər hərbi xidmətdən yayınmaq üçün cinsiyyətini dəyişdirir.

Metbuat.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat verib. Bildirilir ki, Ukrayna ilə müharibədən sonra rusların hərbi xidmətdən yayınmaq üçün əl atdığı üsullardan biri də cinsiyyəti dəyişdirməkdir. Məlumata görə, oğlanlar özəl klinikalara müraciət edərək, əməliyyat olunmadan cinsiyyətlərini dəyişirlər. Bildirilir ki, hərbi xidmətdən yayınma cəhdlərinin qarşısını almaq üçün Dumada cinsiyyətin dəyişdirilməsinə qadağa qoyulması gündəmdədir.

Hətta cinsiyyətin əməliyyatla dəyişdirilməsinin qadağan edilməsi də gündəmdədir. “Kommersant”a danışan anonim mənbə qanun layihəsində dəyişiklik edilməsinin səbəbinin ailə dəyərlərini qorumaq, eləcə də icbari hərbi xidmət kampaniyasında iştirakın təmin edilməsi olduğunu irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı