"Qarabağ”ın əvəzedici komandasının futbolçusu Şirxan Hüseynzadə vəfat edib.
Metbuat.az xəbər verir ki, gənc futbolçu bu gün dünyasını dəyişib.
Qeyd edək ki, bir neçə gün əvvəl komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranmışdı. Həsənzadə məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılmışdı.