Türkiyə səfiri Şuşada Atatürk küçəsinin açılmasına görə Prezidentə təşəkkür edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Prezident İlham Əliyevə təşəkkür edib.

Metbuat.az xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.

“Azad Qarabağın hər bir nöqtəsi və küçəsinin yenidənqurma işləri ilə şəxsən məşğul olan Azərbaycan Prezidenti cənab Əliyev Qafqazın tacı, Qarabağın incisi və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada yenilənən Atatürk küçəsini açdı. Təşəkkürlərimizlə”, - o bildirib.

Qeyd edək ki, bu gün Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub. Küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı