UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Metbuat.az-ın məlumatına görə, raundun ilk oyunu Madriddə keçirilib.
Turnirin son qalibi olan İspaniya klubu “Real Madrid” İngiltərə təmsilçisi “Mançester Siti”ni qəbul edib. “Santyaqo Bernabeu”dakı qarşılaşmada hesabı meydan sahibləri açıblar. 36-cı dəqiqədə Vinisyus Junior baxımlı qola imza atıb.Ancaq 67-ci dəqiqədə Kevin De Bruyne eyni dərəcədə gözəl zərbə ilə qarşılıq verib və bərabərlik topunu vurub. Beləliklə, matç 1:1 hesabı ilə başa çatıb.