Ərdoğan gecə də işləyir: Saat 2-3-də nazirlərə zəng edir - Diplomat

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A haber”ə müsahibəsində Prezident Rəcəb Tayyib Ərdoğanın iş rejimi barədə danışıb.

Metbuat.az xəbər verir ki, Çavuşoğlu bildirib ki, Ərdoğan 7 gün, 24 saat işləyir. Çavuşoğlunun sözlərinə görə, Ərdoğan bəzən gecə saat-2-3-də zəng edərək, hansısa işin gedişatı ilə bağlı maraqlana bilər. “Ərdoğan hər şeyi diqqətdə saxlayır. Bəzən məlumatım olmadığı məsələ barədə soruşur. Ərdoğan bizdən daha çox məlumatlıdır. Mən də pis fəaliyyət göstərmirəm. Lakin onun sürətinə çata bilmirəm” - Çavuşoğlu deyib.

Çavuşoğlu bəyan edib ki, Ərdoğanın rəhbərliyi altında işləməyin üstünlükləri çoxdur. O bildirib ki, Ərdoğanın nüfuzu beynəlxalq məsələlərin həllində də ön plana çıxır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR