"Ümummilli Heydər Əliyevin 100 İli: Türkiyə-Azərbaycan münasibətləri kontekstində təhlil" kitabının təqdimatı olub - FOTOLAR

Mayın 10-da Sosial Tədqiqatlar Mərkəzində Ulu Öndər, Azərbaycan dövlətinin və dövlətçiliyinin qurucusu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Ümummilli Heydər Əliyevin 100 İli: Türkiyə-Azərbaycan münasibətləri kontekstində təhlil" kitabının (müəlliflər: prof. İbrahim Kazımbəyli, Fərahilə Babayeva-Şükürova, Baha Ahmet Yılmaz) təqdimatı keçirilib. Kitab üç dildə Azərbaycan, Türk, İngilis dillərində Türkiyə Respublikasında nəşr olunub.

Metbuat.az-ın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının eks baş naziri Novruz Məmmədov, Azərbaycan Universitetinin kafedra müdiri, prof. Qabil Əliyev, Türkiyənin Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin üzvü Gülşən Paşayeva, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun əməkdaşları- t.ü.f.d.,dos. Ramilə Dadaşova, t.ü.f.d.dos., dosent Elnur Kəlbizadə, t.ü.e.d., prof. Qasım Hacıyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, t.ü.e.d. prof. İradə Hüseynova, Azərbaycan Dillər Universitetinin prorektoru Sevinc Zeynalova və digər ziyalılar iştirak etdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR