Transfer etmək istədiyi futbolçuların adı məlum oldu

İngiltərə mətbuatı “Real Madrid”in hücum xəttini ulduz futbolçularla doldurmaq istədiyini yazıb.

Metbuat.az xəbər verir ki, klubun transfer etmək istədiyi futbolçular arasında Cud Bellingem və Kilian Mbappe də var.” The Telegraph” qəzetinin məlumatına görə, klub Luka Modriç, Toni Kroos və Kərim Benzema kimi futbolçuların yerini gənc ulduzlarla doldurmaq istəyir. Məlumata görə, Cud Bellingem “Real Madrid”ə transfer olmaq üçün “Borussia Dortmund”un müqavilə uzatmaq təklifini rədd edib.

İngilis futbolçunun "Real Madrid"lə anlaşdığı bildirilib və iki komandanın razılaşacağı təqdirdə müqavilənin imzalanacağı bildirilib. Həmçinin xarici KİV-lər Kilian Mbappenin növbəti yay transfer mövsümündə “Real Madrid”ə transfer olacağını yazır. “Real Madrid”in “Los Galacticos” planını 2024-cü il üçün həyata keçirmək istədiyi qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR